Dərc edilib: 13-11-2022

https://www.nuh.az/32669-.html

Boynunda “Xarıbülbül” ilə 50000 amerikalının qarşısında çıxış edən qız..

13.11.2022 12:03:33

Müsahibə

ABŞ-da yaşayan Azərbaycan əsilli yeniyetmə, xeyriyyəçi İlana Leyla Keniqin boynunda "Xarıbülbül” rəmzi ilə 50 min azarkeşin qarşısında çıxışı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
"Keniq Uşaq Xərçəngi Fondu”nun (Koenig Childhood Cancer Foundation) təsisçisi olan İlananın özü də uşaq vaxtı xərçəngə qalib gəlib. O, bu fondu yaratmaq qərarını da məhz xərçəng xəstəliyindən sağalmasından sonra verib.
 
Həmçinin heyranedici səsi olan İlana uşaqlarda geniş yayılmış xərçəng xəstəliklərinə diqqəti çəkmək üçün"Mets NY” komandasının oyununda 50 min insanın qarşısında ABŞ himnini səsləndirib.
Qeyd edək ki, "Belə-belə işlər”in sonuncu buraxılışı da İlana ila bağlıdır.//Yeniavaz.com 

NUH informasiya agentliyi səhifəsindən çap edilib