Dərc edilib: 14-11-2022

https://www.nuh.az/32686-.html

"...biz qələt eləmişik?” - Mirşahin Ağayev

14.11.2022 07:35:59

LIVE

Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi və aparıcısı olduğu “Mirşahinin vaxtı” verilişində növbəti dəfə İranın Azərbaycana olan münasibətini tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, aparıcı İranın Azərbaycandan üzr istəməsinin vacib olduğunu bildirib:

 
“Bizim İrandan gözlədiklərimiz daha konkret və əxlaqidir. İran Araza mobil körpü salaraq üzü Azərbaycana hərbi təlim keçirir. Bu körpü birbaşa Zəngəzur dəhlizinə qarşı idi. İran Azərbaycanın İrandakı səfirini Xarici İşlər Nazirliyinə dəvət edəndə elə bilirdim, üzr istəməyə çağırıb, onlar bir qələtdir olub deyəcəklər. Amma bu baş vermədi, Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində İranın Azərbaycandakı səfirini XİN-ə dəvət etdi və İranın düşmən hərəkətlərini ona çatdırdı. Mən bilmirəm, səfir dedimi ki, qələt eləmişik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib