Dərc edilib: 14-11-2022

https://www.nuh.az/32687-.html

Bakıda qadın kirayə yaşadığı evdə öldürüldü

14.11.2022 07:40:47

LIVE

Qadın kirayə yaşadığı evdə öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.

Bildirilib ki, aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə E.Məhərrəmov tutularaq istintaqa təhvil verilib. 

Araşdırmalar davam etdirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib