Dərc edilib: 14-11-2022

https://www.nuh.az/32695-.html

Zaqatalada baxımsız vəziyyətdə olan ALBAN kilsəsi - VİDEO

14.11.2022 14:09:51

LIVE

Alban kilsəsi - Zaqatala şəhərinin mərkəzində yerləşir. Əsası IV-V əsrlərdə qoyulub. Zaqatala Çar Rusiya tərəfindən işğal olunandan sonra 1851-ci ildə Alban kilsəsi əsasında xristian-pravoslav kilsəsi inşa edilib. 1953-cü ilə qədər isə kilsə olaraq fəaliyyət göstərib.

Yerli sakinlərin sözlərinə görə, bu məbəd öz ölçülərinə və memarlıq üslubuna görə həmin dövr olduğu məbədlərdən fərqlənir. Lakin, məbəddəki bir sıra elementlərin sonradan əlavə edilməsi məlumdur. Qırmızı kərpicdən inşa olunmuş məbədin geniş sütunlu və üç mərtəbəli zalı zəng qülləsi ilə tamamlanır. Məbədin inşasında şərq memarlığı elementlərindən geniş istifadə olunsa da, məbədin bayır divarlarındakı səkkizgüşəli xaçlar diqqəti daha çox cəlb edir. Sovet hakimiyyəti dövründə isə məbədin divarlarının boyandığı deyilir. Həmçinin sonradan bu məbəddə yanğın baş verdiyi də bildirilir.

Hazırda bu məbəd baxımsız vəziyyətdədir. Abidə dövlət tərəfindən qorunur. 

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun kilsədən hazırladığı fotoreportajı təqdim edirik:

 

 













NUH informasiya agentliyi səhifəsindən çap edilib