Dərc edilib: 15-11-2022

https://www.nuh.az/32700-.html

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib

15.11.2022 08:11:43

LIVE

Mingəçevirdə 30 yaşlı qadın üçəm dünyaya gətirib.

“Qafqazinfo” xəbər verir ki, şəhər xəstəxanasının doğum şöbəsində dünyaya göz açan körpələrdən 2-si oğlan 1-i qızdır. 

Bərdə rayon Uğurbəyli kənd sakini, Səmayə Qafarovanın dünyaya gətirdiyi uşaqlar onun 2-ci hamiləliyindən doğulanlardır. Uşaqlara Həsən, Hüseyn və Zeynəb adları verilib.

Ana və körpələrinin vəziyyətləri normaldır. Məlumata görə, son 10 ildə Mingəçevir Xəstəxanasının doğum şöbəsində ilk dəfə olaraq üçəm doğulub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib