Dərc edilib: 15-11-2022

https://www.nuh.az/32701-.html

İstanbulda terakt törədən qadının evindən çıxanlar... - Fotolar

15.11.2022 08:15:25

LIVE

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində partlayış törətməkdə şübhəli bilinən Suriyaəsilli Ahlam Albashırın evində axtarış aparılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albashırın evində aparılan axtarışlar zamanı 3 min 800 dollar, 5 min avro və 10 min lirə və çoxlu qızıl-zinət əşyaları ələ keçirilib.

Bundan başqa, hadisə ilə əlaqadar daha iki nəfər saxlanılıb. Bununla da saxlanılanların sayı 48-ə çatıb.

O da məlum olub ki, Ahlam İstanbula ər-arvad qiyafəsində kişi terrorçu ilə gəlib. Albashıra təxminən 1 kilo partlayıcı verərək İstiqlal küçəsinə göndərdiyi müəyyən edilən kişi terrorçu hər yerdə axtarılır. 

Qeyd edək ki, terror hadisəsi zamanı 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib