Dərc edilib: 16-11-2022

https://www.nuh.az/32715-.html

“Polşaya düşən raketləri Ukrayna atıb”

16.11.2022 11:06:13

LIVE

“Polşa ərazisinə düşən raket Ukrayna qoşunları tərəfindən atılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı məmurlara istinadən “Associated Press” agentliyi yayıb.

Məlumata görə, Ukrayna qoşunlarının Rusiya raketlərini vurmaq üçün atdığı raketlər Polşaya düşüb. 

Xatırladaq ki, noyabrın 15-i yayılan məlumata görə, Rusiyanın atdığı 2 raket Polşa ərazisinə düşüb. Raketlərin taxıl qurutma maşınlarına dəyməsi nəticəsində iki nəfər həlak olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib