Dərc edilib: 16-11-2022

https://www.nuh.az/32723-.html

Azərbaycanda yumurta BAHALAŞDI - FOTO

16.11.2022 23:17:59

Region

Azərbaycanda kənd yumurtasının qiyməti artıb.

NUH.az-ın   Oxu.Az-a istinadən məlumatına görə, bəzi marketlərdə yumurtanın qiyməti 40 qəpik olub.

Saytın əməkdaşının baş çəkdiyi mağazalarda ağ yumurtanın qiymətinin 13-16 qəpik, kənd yumurtasının isə 33-40 qəpik arası olduğunu müşahidə edib.

Bəzi mağazalarda isə sarı broyler yumurtaların satışına rast gəlinmir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli Oxu.Az-a açıqlamasında bildirib ki, kənd yumurtasının qiymətinin artması tələbata görədir:

“Hazırda toyuqların kürt yatma dövrüdür. Bu səbəbdən kənd yumurtasının sayı azaldığına görə market və bazarlarda qiyməti artıb”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib