Dərc edilib: 17-11-2022

https://www.nuh.az/32739-.html

Mən traktoru 280 km/saat sürətlə sürmüşəm - Video

17.11.2022 22:56:23

Müsahibə

Belarus Prezidenti Aleksandr Lukaşenkonun traktor təcrübəsi ilə bağlı verdiyi müsahibə gündəm olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Lukaşenko bu haqda jurnalistlərlə söhbətində bildirib.

Belarus lideri etiraf edib ki, bir dəfə MTZ-50 traktoru ilə dairəvi yolda saatda 280 kilometr sürətlə hərəkət edib.

Lukaşenkonun sözlərinə görə, o, avtomobilin təyyarə kimi havaya qalxa biləcəyindən qorxub.

Qeyd edək ki, sözügedən video qısa müddətdə xeyli adam tərəfindən sosial şəbəkələrdə paylaşılıb və birmənalı qarşılanmayıb. İzləyicilər traktorun bu sürətlə hərəkət edə biləcəyinə inanmayıb, dövlət başçısının məsələni böyütdüyünü bildiriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib