Dərc edilib: 18-11-2022

https://www.nuh.az/32743-.html

Gəncədə arvadı ilə mübahisə edən kişi benzinlə özünü yandırdı

18.11.2022 09:00:29

LIVE

Gəncədə həyat yoldaşı ilə mübahisə edən şəxs özünü yandırıb.

“Qafqazinfo”nun məlumatına görə, 30 yaşlı şəhər sakini Taleh Bayramov həyat yoldaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

 

Daha sonra o, üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin təxminən 50 faizi yanıb. T.Bayramov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır

NUH informasiya agentliyi səhifəsindən çap edilib