Dərc edilib: 18-11-2022

https://www.nuh.az/32745-.html

Lənkəranda administrator restoranda ofisiant işləyən tələbəni öldürdü

18.11.2022 10:38:01

LIVE

Lənkəranda tələbələr arasında kütləvi dava olub.

APA  xəbər verir ki, tələbələr arasında baş verən kütləvi dava ölümlə nəticələnib.

İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Həkim Rəşad Fərzullayev APA-ya bildirib ki, xəstə kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub. O, əməliyyat zamanı dünyasını dəyişib.

***

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, ötən gün gecə saatlarında Lənkəran rayonu ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub. 

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Tosid Nəsirova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib. 

Araşdırmalar davam etdirirlir.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hər iki şəxs Lənkəran ərazisində yerləşən kafelərdən birində işləyiblər. Təqsirləndirilən şəxs restoranın administratoru, öldürülən şəxs isə orada ofisiant işləyib. T.Nəsirov Lənkəran Dövlət Universitetində təhsil alırmış.

***

Lənkəran rayon prokurorluğu qətllə bağlı məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib