Dərc edilib: 19-11-2022

https://www.nuh.az/32777-.html

İranda etirazlarda daha bir azyaşlı öldürüldü - Foto

19.11.2022 12:41:45

LIVE

Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 56 azyaşlı uşaq öldürülüb.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib