Dərc edilib: 19-11-2022

https://www.nuh.az/32781-.html

Atası azərbaycanlı olan erməni general Xankəndidə yüksək “vəzifə“yə ...

19.11.2022 15:02:18

Reportaj

2020-ci ildə Qarabağdakı separatçı rejimin "Milli Təhlükəsizlik Xidməti"nin direktoru təyin edilmiş və 44 günlük müharibədən sonra "işdən çıxarılan" general-mayor Kamo Ağacanyana Xankəndində yenidən "vəzifə verilir". Söhbət "polis rəisi" və "Milli Təhlükəsizlik Xidməti"nin direktoru  vəzifələrindən gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti məlumat yayıb.
Qəzet xatırladır ki, Kamo Ağacanyan azərbaycanlı köklərə malikdir. Belə ki, 1990-cı illərdə onun ailəsi iki yerə bölünüb. Atası Azərbaycana gəlib, anası oğlunun yanında Qarabağda qalıb. Kamo Ağacanyanın ata evi Xocavəndin Edilli kəndində olub.
 
"Kamonun atası Kərimovdur, arvadının Kərimovdan uşaqları var, bəzilərinin adı türkcədir. 90-cı illərdən sonra bütün adlar dəyişdirilib, Kərimovlar Ağacanyan olublar", deyə qəzet yazıb.
Qeyd edək ki, Azərbaycan mənbələrində Kamo Ağacanyanın 1988-ci ilədək sənəddə Kərimov Kamo Əkbər oglu olduğu bildirilir. Onun Edilli kəndində orta təhsil aldığı bildirlir. Onun atası Əkbər Kərimov azərbaycanlı, anası ermənidir. 1988-ci ildə o, ata adını və soyadını dəyişib. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra Kamo Ağacanyan Akbaroviç kimi ortaya çıxıb və erməni quldurlarına qoşulub. Azərbaycana qarşı döyüslərdə fəal istirak edib. Elə bu fəallığına görə də sonradan vəzifələrə yüksəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib