Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32813-.html

31 yaşlı əkizlər doğuldu - Yeni dünya rekordu -ŞOK

23.11.2022 08:18:18

LIVE

ABŞ-da 30 il əvvəl dondurulmuş embrionlar sayəsində əkiz uşaqlar dünyaya gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bunu yeni dünya rekordu hesab edirlər. Belə ki, əkizləri dünyaya gətirən cütlüyün dörd uşaqları var, lakin onlar bir aylıq olmasına baxmayaraq, digərlərindən böyükdürlər. CNN-in xəbərinə görə, 34 yaşlı qadın və onun 50 yaşlı əri embrionlarını dondurmaq qərarına gəlib və 1992-ci ilin aprelində IVF əməliyyatı keçiriblər. Cütlük 2007-ci ilə qədər gözlədikdən sonra başqa bir ailənin onlardan istifadə edə biləcəyi ümidi ilə onları Tennessi ştatındakı Milli Embrion Donorluq Mərkəzinə bağışlayıb. Cütlük daha çox uşaq sahibi olmaq istədikləri zaman embrionlardan istifadə edilib. Embrionlar bu il fevralın 28-də əridilib. O, dondurulduqdan 29 il 10 ay sonra mart ayında implantasiya edilib. Köçürmələrdən ikisi uğurlu olub və uşaqlar oktyabrda dünyaya gəlib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib