Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32814-.html

Türkiyə ABŞ-dan F-16-lar alacaq

23.11.2022 08:24:59

LIVE

Türkiyə Amerika Birləşmiş Ştatalarından  F-16-lar alacaq.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O, F-16-ların alınması ilə bağlı ABŞ və hərbi heyətlər arasında danışıqlar aparıldığını deyib:

 “Yaxşı nəticələr əldə olunub. Üçü Türkiyə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib”. 

Nazir Akar S-400 raketdən müdafiə sisteminin istifadəyə hazır olduğunu ifadə edib:

“Böyük bir ölkədən danışırıq. Təbii ki, 85 milyonluq vətəndaşımızın təhlükəsizliyini heç bir ayrı-seçkiliyə yol vermədən təmin edəcəyik”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib