Dərc edilib: 23-11-2022

https://www.nuh.az/32820-.html

Gənc prokurorun DƏHŞƏTLİ ƏMƏLİ :Qadın həmkarının evinə zorla girib

23.11.2022 12:25:16

LIVE

Konyada işləyən Respublika prokuroru Ş.A.-nın həyatı, sosial media vasitəsilə onunla əlaqə saxlamağa çalışan həmkarı A.K.-nın etdikləri üzündən alt-üst olub. 

32gun.az xəbər verir ki, Antalyada Respublika Prokuroru olan A.K. Konyada yaşayan qadın Ş.A.-ya sosial şəbəkədə sevgi mesajları göndərib.

Belə ki, A.K. sosial şəbəkədə saxta hesablar açaraq Ş.A.-ya mesajları göndərib. Qadın prokuror sözügedən mesajlara əhəmiyyət verməyib.  Qadının onu görməzdən gəlməsini qəbul edə bilməyən  A.K həyat yoldaşının maşını ilə Antalyadan Konyaya gedib.

Ş.A.-nın qonşusu M.D-yə özünü polis kimi təqdim edən A.K, sənəd imzalatdıracağını deyib və qadın prokurorun mənzilini soruşub  və qapının zəngini basıb.

Qadın prokuror qapını açanda A.K. "Mən səni istəyirəm, çox gözəlsən" deyərək zorla mənzilə daxil olub. 

Ş.A isə “Mən səni heç görməmişəm, nə istəyirsən?” deyərək evindən çıxıb getməsini tələb edib. A.K isə danışmaq istədiyini qeyd edib:

"Yox danışarıq, səni istəyirəm. Axı mən də prokuroram. Səninlə əlaqə yaratmaq üçün çox cəhdlər etdmişəm.Həftə sonları Konyaya gedirsən. Ona görə də həftə sonu gəlmədim”.

Daha sonra qadın prokuroru qolundan sürüyərək qonaq otağına aparan A.K. “Başını niyə örtübsən, sən çox gözəlsən” deyərək ona tərəf getməyə başlayıb. Ş A  həmkarına onu istəmədiyini deyərək itələyib.

A.K "Necə ki, məni istəmirsən, mənimlə oynadın? Onda niyə mənimlə danışdın?" deməyə başlab. Heç nə anlamayan Ş.A  ona evindən getməsi üçün yalvarıb:

"Nə oynamaqı, nə danışmaq,  yalvarırım, get". 

Rədd edildiyini heç cür qəbul etmək istəməyən A.K  ondan Quranın əl basmasını istəyib.  A.K-nın tez bir zamanda getməsi üçün Qurana dəfələrlə əl basan qadın prokuror Ş.A., “Heç kimə heç nə demərəm, işə gtməməyim diqqət çəkəcək. Xahiş edirəm evimi tərk et”.

Təklifinə yenidən rədd cavabı alan A.K "Mən onsuz da həyat yoldaşımı sevirəm, fikirləşdim ki, həyat yoldaşımdan boşanmadan səninlə də olaram. Haqqını halal et". 

Hadisədən sonra qadın həmkarı barədə polisə  şikayət edib. A.K. Antalyada çalışdığı üçün istintaq faylı Antalya Respublika Baş Prokurorluğuna göndərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib