Dərc edilib: 22-11-2022

https://www.nuh.az/32827-.html

Fransanın Lafarge şirkətinin Bakıdakı törəməsi Holcimin DİLBƏRİ

22.11.2022 15:35:01

LIVE

Fransa Senatı  Azərbaycanın əleyhinə qətnamə qəbul edir....

 İŞİD və PKK-nı maliyyələşdirən Fransanın “Lafarge”  şirkətinin  Bakıdakı  törəməsi "Holcim" isə...

   “Holcim” ASC  sement şirkəti isə Bakıda oturub Fransanın maraqlarına  “qulluq edir” ...

 Bəs şirkətin maliyyə direktoru Dilbər Sultanova kimin maraqlarını  güdür..?

 

Məlumat üçün  qeyd edək ki,  1950-ci ildən fəaliyyət göstərən məşhur Qaradağ sement zavodu

2010-cu ildə Holcim Azərbaycan ASC-yə ( Açıq Səhmdar Cəmiyyətə ) çevrilib.

Ancaq neçə illərdir ki, yüksək gəlirlə işləyən “Sement zavodu” öz keçmiş işçilərinə, yəni səhmdarlara divident ödəmir. Bu barədə dəfələrlə səhmdarlar müxtəlif dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə olmayıb.

Ancaq Holcim-in sabiq direktoru, Fransadan olan Frederik Guimbalın başı  Bakıda eyş-işrətə, bahalı əyləncələrə qarışmışdı. 

Holcim-in əcnəbi rəhbərləri  dövlət büdcəsinə ödənilməli olan  vergiləri yayındırmaqla milyonlara sahib olublar.

Əcnəbiləri haradasa anladıq, bəs görəsən şirkətin Maliyyə direktoru Dilbər  Sultanovanın başı nəyə qarışıb ?

Bəli,  Holcim ASC-də baş  verən qanun pozuntularında, vergidən yayınmada, gəlirlərin gizlədilməsində  Dilbər Sultanova öz sabiq şefi  Frederik  Guimbalın “sağ əli”  olub.

“Holcim”in   Satış və Logistika üzrə Direktoru Anar İsmayılov da Frederik-Dilbər şəbəkəsinin bir  şəriki idi.

Belə ki,  “ Holcim Azərbaycan” ASC-yə bir neçə il öncə  rəhbərlik etmiş Frederik Guimbal  Maliyyə direktoru Dilbər Sultanova və  Satış direktoru Anar İsmayılov ilə əlbir olaraq qanunsuz maliyyə əməliyyatları aparmışlar. Nəticədə  həmin şəxslər iri tikinti və  “obnaliçka” şirkətləri ilə əlbir olaraq məhsulların bazarda satışına, şirkətlərin nağdlaşdırma aparmasına bir başa köməklik göstərmişlər. Həmçinin ASC-nin istehsal etdiyi klinker, kisə və açıq sementlərin bazarda qanunsuz dövriyyəsini təşkil edərək iri şirkətlərə gələn pul vəsaitlərinin ƏDV məbləğlərinin əvəzləşdirilməsini, vergidən yayınmasını təşkil etmişlər. Nəticədə bəzi şirkətlərin  Dövlət Büdcəsinə 1 500 000 manatdan cox vergi borcları yaranmışdır.

Bu halları 2018-2021-ci il tarixlərində “Holcim Azərbaycan” ASC-nin bəzi cəmiyyətlərə ƏDV məbləğləri hesabına mal satışı həyata keçirtməsində görmək olar.

Bütün bunlar azmış kimi, erməni xislətli Frederik  Guimbal həddini o qədər aşmışdır ki, 44 günlük  qələbəmizin rəmzi olan  Zəfər günündə  zavodun həyətində Azərbaycan və Türkiyə bayraqlarının qaldırılmasına etiraz etmişdi.

İndi  bildinizmi, Fransanın biznes elçisi olan Guimbal kimilər həm Azərbaycanda milyonlar qazanır, dövlət büdcəmizə külli miqdarda ziyan vururlar, həm də ermənilərin tərəfini saxlayırlar.

Bir neçə gün öncə Fransa Senatının qondarma Dağlıq Qarabağın müstəqilliyini tanıması, ölkəmizin əleyhinə qətnamə qəbul etməsi  Guimbal kimilərin əməllərinin davamıdır.

Sözün qısası, yuxarıda sadaladığımız  qanun pozuntularına  görə,  Frederik Guimbal və Anar İsmayılov vəzifələrindən azad edildi, hətta Guimbalın Azərbaycandan deport edildiyi də söylənilir. Amma...

Əmması odur ki, bütün yuxarıda sadaladığımız cinayət əməllərinin  az qala təşkilatçısı olan Dilbər Sultanovaya gözün üstə qaşın var deyən olmadı. Və Dilbər Sultanova hal-hazırda da bu qanunsuz maliyyə fırıldaqlarını davam etdirməkdədir. Beləki, Dilbər Sultanova xammal alışında bəzi şirkətlər ilə müqavilələr bağlamaqla sementin maya dəyərini kəskin şəkildə artırmış, vergi yayınmalarını təmin etmişdir. Həmçinin Dilbər Sultanova iri şirkətlərə böyük məbləğdə endirim məktubları təqdim etməklə həmin şirkətlərin mənfəət vergisindən, eləcə də dövlət büdcəsinə ödəməli olduqları vergiləri ödəməkdən yayınmasına şərait yaradır.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Holcim ASC-də qanunsuz yolla qazandığı milyonların hesabına Dilbər Sultanova az vaxtda Bakıda “kirayə evlər kraliçası”na çevrilib,  Bakının müxtəlif rayonlarında xeyli  sayda mənzil alıb kirayəyə verib.

Sözün qısası, anti-Azərbaycan mövqeyi tutan Fransanın törəmə şirkəti  olan Holcim-də baş verənlərə yəqin ki, İqtisadiyyat Nazirliyinin və Dövlət vergi Xidmətinin rəhbərliyi  yenidən nəzər salacaq və  Dilbər Sultanova kimilərin əməllərinə son qoyacaqlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib