Dərc edilib: 22-11-2022

https://www.nuh.az/32830-.html

Sumqayıtda yeni fırıldaqçı “tender kralı” peyda olub…

22.11.2022 16:55:55

LIVE

Sumqayıtda yeni  fırıldaqçı “tender kralı”  peyda olub… 

Hüquq-mühafizə orqanları Hümbət Məmmədxanov barəsində nə üçün tədbir görmürlər..?

Azərbaycanda tenderlərlə  bağlı məsələ  bəzi işbazlar, dələduzlar üçün əməlli-başlı qazanc mənbəyinə çevrilib. Bəziləri saxta şirkətlər yaradaraq tenderləri udur, dövlətin vəsaitini mənimsəyirlər. Və bu prosesdə “Dövlət Satınalmaları haqqında”  Azərbaycan Respublikası  Qanununun az qala bütün maddələrı pozulur. 

Bu yazının “qəhrəmanı”  olan  Məmmədxanov Hümbət Əlcavan oğlu isə  tenderlərlə bağlı tamamilə başqa bir fırıldaq yoluna əl atıb. Belə ki, Hümbət Məmmədxanov  Sumqayıt şəhərində müxtəlif  tenderləri udması, pul vəsaitinin əldə edilməsi ilə bağlı  müxtəlif şəxsləri fırıldaq yolu ilə aldadaraq  xeyli miqdarda pul  mənimsəyib. Bu fırıldaqçı  “tender kralı”   yenə də Sumqayıtda at oynadır, kimlərisə öz toruna salır. Bir az çətinliyə düşən kimi isə  özünü xəstəliyə vuraraq xəstəxanaya “dincəlməyə”  gedir. Və hamıya da deyir ki, arxamda yuxarıdakılar dayanır. Kimdir, bu yuxarıdakılar ? 

Görəsən, neçə vaxtdır  Sumqayıt şəhərində fırılfaq, dələduzluq  yolu ilə  saxta tender  maxinasiyası törədən  Hümbət Məmmədxanovun əməllərindən  şəhərin  hüquq-mühafizə  orqanlarının, təhlükəsizlik  xidmətinin   xəbəri yoxdur ? Əgər xəbərləri varsa, niyə tədbir görmürlər..? Mövzunu gündəmdə saxlayacağıq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib