Dərc edilib: 24-11-2022

https://www.nuh.az/32835-.html

“Rusiya çökərsə, KTMT ölkələri onunqalıqları altında qalacaq”

24.11.2022 08:06:52

LIVE

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, KTMT-nin gələcəyi Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın uğurundan asılıdır.

“Report” BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarusun dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində danışıb.

Belarus lideri bildirib ki, son vaxtlar mətbuatda KTMT-nin həyat və aqibətinin Rusiyanın Ukraynada keçirdiyi “xüsusi əməliyyat”ın nəticəsindən asılı olduğu tezisləri inkişaf edir: "Rusiya qalib gəlsə, KTMT yaşayacaq. Allah eləməsin, qalib gəlməsə, KTMT mövcud olmayacaq”.

O qeyd edib ki, bu məsələdə Təşkilat vahid fikrə gəlib: “Əgər Rusiya çökərsə, o zaman bizim yerimiz onun qalıqları altında olacaq”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib