Dərc edilib: 24-11-2022

https://www.nuh.az/32837-.html

Rusiyanın ADI DƏYİŞDİRİLİR

24.11.2022 10:55:00

LIVE

Ukraynada Rusiya adının “Moskoviya” olaraq dəyişdirilməsinə çağırışla bağlı petisiya başladılıb.

 

  “Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, sözügedən petisiya Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında yerləşdirilib. Petisiyada “Rusiya” adının rəsmi olaraq “Moskoviya”, “rusiyalı” termininin isə “moskvalı” kimi dəyişdirilməsi təklif olunur. Petisiyanın müəllifi hesab edir ki, dövlətin adının rəsmi olaraq dəyişdirilməsi beynəlxalq səviyyədə güclü informasiya gedişidir. Qeyd edək ki, cari ilin yanvar ayında Kiyev Şəhər Şurasında Rusiyanın adının “Moskoviya” olaraq dəyişdirilməsi təklif edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib