Dərc edilib: 24-11-2022

https://www.nuh.az/32847-.html

Prezidentin yeni köməkçisi Qoldmanın nəvəsidir - Dosye+Fotolar

24.11.2022 22:38:16

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.

”Qafqazinfo” Andrey Sipilinin əvvəlki iş fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə "McDermott Caspian Contractors Inc" şirkətində müxtəlif vəzifələrdə işləyib.

Əvvəl "PAŞA İnşaat" MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Andrey Vladimiroviç Sipilin 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsinə təyin olunub. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə bu gün həmin vəzifəsindən azad edilib.

Prezidentin köməkçisi Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın yeganə övladıdır. T. Qoldmanın atası isə məşhur memar olub. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib