Dərc edilib: 26-11-2022

https://www.nuh.az/32866-.html

Kadırov Putinlə selfi çəkdirdi

26.11.2022 11:23:35

Reportaj

Çeçenistan rəhbəri Ramzan Kadırov özünün teleqram kanalından Rusiya Prezidenti Vladimir Putinlə selfisini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, Kadırov paylaşımda Rusiya lideri ilə görüşündə çeçen bölmələrinin Ukraynada xüsusi əməliyyatda iştirakını müzakirə etdiklərini qeyd edib.

Onun sözlərinə görə, o, Rusiya Müdafiə Nazirliyinin və Milli Qvardiyanın Çeçenistandakı yeni bölmələrinin döyüş təcrübəsi olan döyüşçülərlə uğurlu komplektləşdirilməsi, bölmələrin, texnikanın, taktiki imkanların təchizatı barədə baş komandana məruzə edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib