Dərc edilib: 26-11-2022

https://www.nuh.az/32871-.html

Nəvə Heydər Əliyevin toyu oldu - Fotolar

26.11.2022 13:35:59

Cəmiyyət

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin toy mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə H.Əliyevin anası, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram səhifəsində görüntülər paylaşıb.

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!", - deyə Mehriban Əliyeva paylaşımında qeyd edib.

Həmin görüntüləri təqdim edirik:

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib