Dərc edilib: 26-11-2022

https://www.nuh.az/32876-.html

Baş redaktor və ailəsi qəzaya düşdü....Baş redaktor vəfat etdi

26.11.2022 20:47:13

LIVE

Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonun Bığır kəndindən keçən hissəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan baş redaktor vəfat edib.

   NUH.az      “APA”ya istinadən xəbər verir ki, "Göyçay" qəzetinin baş redaktoru Əliyev Abdulla Hacağa oğlu həkimlərin səyinə baxmayaraq, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 20-də Abdulla Əliyevin idarə etdiyi “Lada” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Qəza nəticəsində Abdulla Əliyev ağır, avtomobildə olan ailə üzvləri isə yüngül dərəcəli bədən xəsarətləri alıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib