Dərc edilib: 27-11-2022

https://www.nuh.az/32879-.html

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

27.11.2022 10:44:50

LIVE

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.
İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.
 
Bu zaman onun başı hovuzun kənarına çırpılıb.
O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.
Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib