Dərc edilib: 28-11-2022

https://www.nuh.az/32909-.html

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı, xəstəxanaya yerləşdirildi

28.11.2022 21:15:10

Naxçıvanın sabiq daxili işlər naziri azadlığa buraxıldı, xəstəxanaya yerləşdirildi

Həbs edilən Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov azadlığa buraxılıb.
Bu barədə "Unikal”a Ə. Əhmədovun ailə üzvləri məlumat verib. Qeyd olunub ki, azadlığa buraxılan Əhmədov səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün öncə "Unikal” sabiq daxili işlər naziri Əhməd Əhmədovun azadlığa buraxılması üçün Ali Məhkəməyə müraciət etdiyini yazmışdı.
Ə.Əhmədov Cinayət Məcəlləsinin 179.4-cü, 308.2-ci, 308-1.2-ci, 311.3.2-ci, 311.3.3-cü və 341.2.3-cü maddələri ilə ittiham olunurdu.
O, 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsininin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib