Dərc edilib: 30-11-2022

https://www.nuh.az/32931-.html

Heydər Əliyevin Anım Günündə qırmızı geyinən baş həkim işdən çıxdı

30.11.2022 08:54:52

LIVE

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Manset.az-a açıqlama verən Mehriban Qaralova işdən çıxmasını təsdiqləyib:
"Bəli, mən işdən uzaqlaşmışam. Bir müddət istirahət edəcəyəm. Bəzi şəxslər mənim Anım Gününə qırmızı geyimdə getdiyimə görə işdən çıxarıldığımı deyirlər. Qırmızı geyinməyimin bu məsələyə aidiyyəti yoxdur. Bu çoxdan olmuş hadisədir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib