Dərc edilib: 30-11-2022

https://www.nuh.az/32947-.html

“Atamla vidalaşmağa gedəndə artıq taksidə darıxdım...” - Şəhid qızı

30.11.2022 18:04:52

Reportaj

Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin 1 il əvvəl Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması zamanı şəhid olan zabitlərimizdən biri də Cavid Bayramlıdır.

 

NUH.az  xəbər verir ki, "Unikal"ın əməkdaşları şəhid kapitanın ailəsinə baş çəkiblər. Cavidin atası, anası və həyat yoldaşı onunla bağlı xatirələrini bölüşübər. Qızı Mira Bayramlı bizimlə söhbətində atası üçün darıxdığını bildirib.

Qeyd edək ki, C.Bayramlı 44 günlük Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin sərəncamları ilə "Zəngilanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

Həmin videomaterialı təqdim edirik:

NUH informasiya agentliyi səhifəsindən çap edilib