Dərc edilib: 30-11-2022

https://www.nuh.az/32949-.html

İngiltərədə ilk dəfə xristianların sayı əhalinin YARISINDAN azdır

30.11.2022 18:37:04

LIVE

2021-ci ildə İngiltərə və Uelsdəki xristianlar ümumi əhalinin 50%-dən azını təşkil edib. 

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, bu, siyahıyaalma aparılan zamandan ilk dəfə baş verib
Siyahıyaalmada əhalinin 94%-i (56 milyon nəfər) dinlə bağlı suala cavab verib. Keçən il İngiltərə və Uelsdə 27,5 milyon (46,2%) insan özünü xristian olaraq təqdim edib. Bu, 2011-ci illə (59,9% və ya 33,3 milyon nəfər) müqayisədə 13,1% azdır. Eyni zamanda, xristianlar hələ də ən böyük dini qrup olaraq qalırlar.
Ateistlərin sayı 2011-ci ildəki 25,2%-dən (14,1 milyon) 2021-ci ildə 37,2%-ə (22,2 milyon) yüksəlib. Müsəlmanların sayı 2,7 milyondan 3,9 milyona qədər artıb. ONS press-relizinə görə, siyahıyaalma zamanı həmçinin 1 milyon hindu, 500.000 sikx və 270.000 dindar yəhudi sayılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib