Dərc edilib: 30-11-2022

https://www.nuh.az/32955-.html

“PalFood” MMC-nin direktoru Firdovsi Cahangirovun Mübariz Mənsimovdan XAHİŞİ

30.11.2022 23:59:32

İqtisadiyyat

“Palmali Holdinq” şirkətlər qrupuna daxil olan, “PalSüd” süd və süd məhsulları brendinin sahibi  “PalFood” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru  Firdovsi Aslan oğlu  Cahangirov  cənab Mübariz Mənsimova müraciət ünvanlayıb.

Firdovsi Cahangirov öz müraciətində qeyd edir ki, 2 ildir  “PalFood”  MMC-nin direktoru işləyirəm:

“ Suraxanı rayonu, Yeni Günəşli  qəsəbəsi,  V massiv, 13-cü bina,  mənzil  181   ünvanda ailəmlə  kirayədə  yaşayıram. Həyat yoldaşım işsizdir, evdar qadındır, oğlum tələbədir, təcrübə keçir, özümün səhhətim işləməyə imkan vermir, bir gözüm tam görmür, hətta taksi sürücüsü kimi işləməyə də  imkanım yoxdur”.

Firdovsi  Cahangirov  1957-ci ildə  Gəncədə anadan olduğunu, qeyd edərək, Mübariz Məsimovdan  bu yaşında kirayə yaşamaqdan  qurtulmaq üçün ona kömək etməsini xahiş edir:

“Mübariz bəy ! Bütün Azərbaycan cəmiyyəti sizi xeyirxah, imkansız insanların himayədarı, bir sözlə, H.Z.Tağıyevin müasir davamçısı kimi tanıyır. Mənim arzum oğlumu evlə təmin edib evləndirmək və kirayə yaşamaqdan qurtulmaqdır. Mən Sizdən möhtəşəm villa, çox bahalı mənzil-filan istəmirəm. Lap orta səviyyəli həyət evi  də olsa, köhnə sovet  mənzili də olsa,  yaşamağa  ÖZ  EVİM olsun. 

Hörmətli Mübariz bəy ! Mənimlə bağlı istəsəniz hətta “PalFood” MMC-nin kollektivindən də soruşa bilərsiniz:

“Mənim kimsəyə pisliyim keçməyib, imkanım daxilində dəstək olmuşam. Sizə məxsus şirkətdən də ancaq maaş almışam. Sizdən  şirkətimizin rəhbəri kimi xahişim odur ki, mənə kömək edəsiniz”.   

Müraciətin sonunda Firdovsi Cahangirov ümid edir ki, Mübariz Məsimov onun ağır ailə vəziyyətini nəzərə alacaq və kömək əli uzadacaqdır. 055-758-36-34

NUH informasiya agentliyi səhifəsindən çap edilib