Dərc edilib: 01-12-2022

https://www.nuh.az/32967-.html

İranda polis atəş açdı, 6 yaşlı qız gözünü itirdi - FOTO

01.12.2022 13:26:56

LIVE

İranın İsfahan əyalətinin Məlekəhr şəhərində öz evlərinin eyvanında oynayarkən İran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 6 yaşlı Beyta Kiyani bir gözünü itirib.

Musavat.com xəbər verir ki, qızcığaz eyvanda oynayarkən hərbi-polis qüvvələri onların evi istiqamətində atəş açıb. Güllə 6 yaşlı Beyta Kiyaninin gözünə dəyib. Onun həmin gözünü amputasiya ediblər.

Hadisədən təsirlənən ailə üzvləri və sakinlər bildirib ki, evlərində də rahatlıqları yoxdur.

Qeyd edək ki, sentyabrın 17-dən davam edən aksiyalarının qarşısını almaq üçün Tehran hakimiyyətinin hərbi-polis qüvvələrinin açdığı atəş nəticəsində 455 etirazçı ölüb. Onların 60-dan çoxunun uşaq olduğu bildirilib.

Musavat.com

NUH informasiya agentliyi səhifəsindən çap edilib