Dərc edilib: 01-12-2022

https://www.nuh.az/32971-.html

“Toyda pul verib istədiyin qədər sifariş vermək olmaz”

01.12.2022 16:45:22

LIVE

“Azərbaycanda toylarda sifariş olunan ərzaqlarla bağlı normalar tətbiq olunmalıdır”. 

“Qafqazinfo” xəbər verir ki, belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və aqrar siyasət komitələrinin bu gün keçirilən birgə iclasında deputat Aydın Hüseynov çıxış edib. 

“Yəni, “mən bu qədər vəsait, pul verirəm və istədiyim qədər ət məhsulları, çörək və s. məhsullar sifariş edə bilərəm” olmamalıdır. Çünki istehlak səbətimiz var. İstehlak səbətinə daxil olan məhsulların kalori normaları var. Biz bu sahədə qənaət yaratmaqla elə bolluq yaratmış olarıq”, - deyə millət vəkili qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib