Dərc edilib: 03-12-2022

https://www.nuh.az/32997-.html

Ruslardan yeni bomdardman: Ukrayna zülmət içində

03.12.2022 12:30:11

LIVE

Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində ukraynalı uşaqları ruslaşdırmağa çalışırlar. Ukraynalı müəllimlərin əksəriyyəti onlarla əməkdaşlıq etməkdən imtina etdiyi üçün ruslar öz müəllimlərini gətirir. Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri yanında Milli Müqavimət Mərkəzi məlumat yayıb.

Rus ordusu “Qradov” və ağır artilleriyadan Nikopol rayonuna 9 dəfə hücum edib.

Dnepropetrovsk hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko deyib. Onun sözlərinə görə, ruslar bütün gecəni Nikopol vilayətini, xüsusilə mərkəz ərazini atəşə tutub: “30-dan çox mərmi Nikopola düşüb, lakin xoşbəxtlikdən heç kim xəsarət almayıb. İyirmidən çox fərdi yaşayış evi, yardımçı tikililər, elektrik şəbəkələri və qaz kəmərləri zədələnib. 50 günəş paneli sınıb”.
Rezniçenko bildirib ki, bir neçə hündürmərtəbəli binaya, elektrik xəttinə və qaz xəttinə ziyan dəyib: "Mərminin düşməsi nəticəsində şəxsi həyətdəki qaz borusu yanıb. Artıq yanğınsöndürənlər alovu söndürüblər".

Qeyd edək ki, ruslar Dnepropetrovsk vilayətini müxtəlif növ silahlardan davamlı olaraq atəşə tutur. Nikopol və Krivoy Roq xüsusi zərbələrə məruz qalır. Zərbələr nəticəsində insanlar həlak olur, infrastruktur ciddi dağıntılara məruz qalır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib