Dərc edilib: 03-12-2022

https://www.nuh.az/33003-.html

Azərbaycan İrana nota verdi

03.12.2022 20:45:26

LIVE

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə daxil olması məsələsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanın ərazilərinə hər hansı bir xarici səfər Azərbaycanın milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə müvafiq nota göndərilmişdir. Hal-hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - o vurğulayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib