Dərc edilib: 05-12-2022

https://www.nuh.az/33028-.html

Polisdən qaçan azərbaycanlı sevgilisi ilə özünü binadan atdı (VİDEO)

05.12.2022 13:56:13

LIVE

Türkiyənin İğdır vilayətində polisdən qaçan azərbaycanlı sevgilisi ilə özünü yaşadığı binanın 3-cü mərtəbəsindən atıb. 

Qaynarinfo-nun məlumatına görə, İğdırın Bağlar məhəlləsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzildə məişət zorakılığı olması ilə polisə məlumat daxil olub.
Polisin gəldiyini görən cütlük qonşu evin pəncərəsinə keçərək qaçmaq üçün özlərini binanın həyətinə atıblar. G.İ. və R.E. ad-soyadlı şəxslər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlara ilkin tibbi yardım göstərildikdən xəstəxanaya yerləşdiriliblər. 
Polisin apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycan vətəndaşı G.İ. uzun müddət əvvəl İğdıra turist kimi gəlib. Orada da R.E. ilə birlikdə yaşamağa başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib