Dərc edilib: 05-12-2022

https://www.nuh.az/33033-.html

“Boyu 155 sm olan xanım pul verib BOYUNU uzatdı və qalib oldu” -Video

05.12.2022 17:21:50

LIVE

Ötən gün “Best Model of Azerbaijan-2022” gözəllik müsabiqəsinin finalı baş tutub. Bəylər arasında qalib Natiq Xələfov, xanımlar arasında isə Liza Uzun olub. 

Liza Uzunun qalib gəlməsi digər xanım iştirakçıları özündən çıxarıb. Onlar təşkilatçı Elxan Paşayevi qalibiyyəti pulla satmaqda ittiham ediblər. Bunu əks etdirən videogörüntülər də yayılıb.

 

Müsabiqə iştirakçısı Rufanə Kamilova “Qafqazinfo”ya müraciətində bildirib ki, qalib ədalətsiz şəkildə seçilib: “Mən həmin xanımı final günü gördüm. Finala qədər nə qədər məşqlərimiz, tədbirlərimiz olmuşdu, heç birində yox idi. Cəmi 155 santimetr boyu var. Finalda 8 çıxışımız oldu. O, cəmi ikisində iştirak etdi. Kabluksuz çıxışımız var idi. Ora çıxanda kabluku çıxarmaqdan etiraz etdi, dedi ki, təşkilatçı Elxan Paşayevin icazəsi var. Qalib gələcəyindən tam əmin idi. Elə də oldu. Biz də buna etiraz əlaməti olaraq, səhnəni tərk etdik. Bəllidir ki, xanım birinciliyi pulla alıb. Elxan Paşayev deyir ki, onluq bir şey yoxdur, münsif heyəti seçib. Halbuki münsiflər özü nəticələrdən təəccüblənmişdi. Mən özüm qalib gəlmək istəmirdim. Biz onsuz da ora model agentliyinin modelləri olaraq qatılmışdıq ki, müsabiqədə iştirakçı çatışmazlığı olmasın”.

Digər şikayətçi model Nigar Süleymanlı “Qafqazinfo”ya bildirib ki, qalib o olmalı imiş: “Eşitdiyimə görə, münsiflər məni qalib seçmişdi. Nəticədə 4-cü oldum. Elxan Paşayev pul alıb deyə Lizanı birinci etdi. Ümumiyyətlə adı rüşvət verməkdə hallanan iştirakçılar ilk üçlükdə yer aldı”.

Qeyd edək ki, qaliblər dekabrın 19-da İstanbulda dünyanın qırxdan çox ölkəsinin nümayəndələrinin iştirakı ilə keçiriləcək 35-ci “Best Model of the World” müsabiqəsinin dünya finalında Azərbaycanı təmsil edəcəklər.

Hüseyn Məmmədsalahov

Təşkilatçı Elxan Paşayev

 



NUH informasiya agentliyi səhifəsindən çap edilib