Dərc edilib: 05-12-2022

https://www.nuh.az/33035-.html

Rusiyanın Ukraynaya atdığı raket Moldovaya düşdü - ŞOK

05.12.2022 21:32:54

LIVE

Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Moldova mətbuatı məlumat yayıb.

Bildirilib ki, mərmi Briçeni şəhəri yaxınlığında, meyvə bağında aşkar edilib.

Sərhəd polisi Briceni və Ocnita şəhərlərinin ərazisində patrul xidmətini gücləndirib və diqqət səviyyəsini artırıb.

Raketin tapıldığı ərazi polis və sərhəd patrulları tərəfindən mühasirəyə alınıb. Hadisə yerində Daxili İşlər Nazirliyinin xüsusi xidmət orqanları və fövqəladə hallar nazirliyinin əməkdaşları işləyir.

Briçeni şəhərinin meri Vitali Qorodinşinin sözlərinə görə, raket yerli vaxtla saat 15:00 radələrində yerə düşüb.

Qeyd edək ki, Briçeni şəhəri Ukrayna sərhədinə yaxın və Kişinyovdan 230 km aralıda yerləşir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib