Dərc edilib: 06-12-2022

https://www.nuh.az/33058-.html

Bakıda bazarda işləyən ALİ TƏHSİLLİ ARABAÇI özünü öldürdü

06.12.2022 22:45:31

LIVE

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, “8-ci kilometr” qəsəbəsində qeydə alınıb. 29 yaşlı Əhmədli Elşad Mayis oğlu yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb.

Məlumata görə, ali təhsilli olan Elşad “8-ci kilometr” (“Vasmoy”) bazarında arabaçı işləyib. Onun həmçinin psixoloji problemləri olduğu da bildirilir.

İntiharın səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib