Dərc edilib: 08-12-2022

https://www.nuh.az/33080-.html

Dünyanın ən cazibədar alimi köpək balıqlarıyla işindən danışdı - VİDEO

08.12.2022 08:34:55

LIVE

Dünyanın ən cazibədar qadın alimlərindən hesab edilən amerikalı Rozi Mur elmi fəaliyyətinin modelliklə “hibridindən” danışıb.

Floridadan olan 26 yaşlı qadının sözlərinə görə, o, Missuri səhrasında qardaşları ilə birlikdə böyüyüb və vaxtının çoxunu açıq havada oynamaqla keçirib. Hələ uşaq ikən Mur heyvanlarla, xüsusən də köpək balıqları ilə maraqlanıb.

“Mən həmişə köpək balıqlarının ən gözəl canlılar olduğunu düşünmüşəm. Hər zaman Floridaya getmək və onlarla işləmək üçün bir yol tapmaq arzusunda idim”, - deyə gənc elm adamı bildirib.

Rozi 20 yaşında Florida Atlantik Universitetinə daxil olub və ekologiya üzrə təhsil almağa başlayıb. Daha sonra aspiranturada təhsilini davam etdirib, diqqətini su ehtiyatlarının, coğrafi informasiya sistemlərinin və Yerin distant zondlanması texnologiyalarının öyrənilməsinə yönəldib.

Hazırda Mur su idarəçiliyi, pitonların ovlanması ilə məğşul olur, köpək balıqları ilə suya dalır, alligatorları öyrənir.

Elmi fəaliyyətlərə əlavə olaraq, Mur həm də fotomodelliklə məşğul olur. Dediyinə görə, köpək balıqları ilə sualtı çəkilişləri kommersiya şirkətlərinin diqqətini çəkib; Geyim, içki və tədbir şirkətləri ona çəkiliş müqavilələri təklif etməyə başlayıb.

Mur alimlərin onun modelliyə olan həvəsinə hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, elmi həmkarları sadə insanlardır, fotoqraflar və stilistlər isə yaradıcı olmaqları ilə yanaşı şıltaqdırlar, bu kombinasiya ona müxtəlif fəaliyyət növlərini mükəmməl birləşdirməyə imkan verir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib