Dərc edilib: 08-12-2022

https://www.nuh.az/33086-.html

Balıqçı "Ekologiya" əməkdaşlarının üzərin benzin atarq OD VURUB...

08.12.2022 14:43:03

LIVE

Bu ilin sentyabrında Mingəçevirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğunda aparılmış istintaq yekunlaşıb.

Bu barədə Mingəçevir şəhər prokurorluğundan “Qafqazinfo”ya verilən məlumat verilib.

Müəyyən edilib ki, Mingəçevir şəhər sakini Şaban Məmmədov həmin tarixdə “Kür” çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qanunsuz balıq ovu etmək məqsədilə balıq torları quraşdırıb. Bu zaman ETSN əməkdaşları Bəhruz Mustafayev və Toğrul Rəhimli xidməti istifadələrində olan qayıqla yaxınlaşaraq ona qanunvericiliyin tələbini izah edib, barəsində inzibati protokol tərtib ediləcəyini nəzərinə çatdırıblar. Ş.Məmmədov qayıqda olan benzin məhlulunu götürüb nazirliyin balansında olan qayığa töküb alışqanla yandırıb. Nəticədə Bəhruz Mustafayev və Toğrul Rəhimli müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Şaban Məmmədov barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, o, həbs edilib. İş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib