Dərc edilib: 08-12-2022

https://www.nuh.az/33087-.html

Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi

08.12.2022 16:28:37

LIVE

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

 NUH.az    Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib