Dərc edilib: 08-12-2022

https://www.nuh.az/33093-.html

Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ÖLÜM HADİSƏSİ…

08.12.2022 22:55:50

Hadisə

Şəmkir rayon  Suvarma  İdarəsində ÖLÜM HADİSƏSİ…

 NUH.az-a daxil olan məlumata görə, bu gün səhər saatlarında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin  ( ASC ) tabeçiliyində  olan Şəmkir rayon Suvarma Sistemləri İdarəsində ölüm hadisəsi  baş verib.

Belə ki, Şəmkir rayon  Suvarma Sistemləri İdarəsində çalışan Əhmədov  İlkin Hidayət oğlu  artezian quyulara baxış keçirərkən  yüksək elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə ilə bağlı  Şəmkir rayon Suvarma Sistemləri  İdarəsi ilə telefon əlaqəsi  ((022) 304 60 01) saxlamağa çalışsaq da telefona cavab verən olmadı.

Məlumat üçün qeyd edək ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin rəisi  Tahir Xəlilovdur. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib