Dərc edilib: 09-12-2022

https://www.nuh.az/33105-.html

Dünyanın ən uzun adamının ad günündə arzuladıqları

09.12.2022 17:17:40

Maqazin

Türkiyənin Mardin bölgəsində yaşayan və 2 metr 51 santimetr boyu ilə 13 ildir ki, "dünyanın ən uzun adamı" adını daşıyan Sultan Kösen ad günündə özünə arzuları ilə diqqət çəkib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, 40 yaşını qeyd edən Kösen dünyaya sülh və əmin-amanlıq, özünə isə boyuna uyğun maşın arzulayıb.

9 yaşından sonra sürətlə böyüyən Kösen 2009-cu ildə 2 metr 51 santimetr boyu, 27,5 santimetr əli və 36,5 santimetr ayaqları ilə Ginnesin Rekordlar Kitabına düşüb.

Yeni yaşını evdə ailəsi ilə qarşılayan Kösen üzərinə 'Ömrün boyun qədər uzun olsun' sözləri yazılan tortunu kəsib.  

Sultan Kösen müsahibəsində sevdikləri ilə birlikdə yeni yaşına qədəm qoyduğu üçün xoşbəxt olduğunu deyib.

Uzun boylu olmağın mənfi cəhətləri olduğunu, ancaq bunu üstünlüyə çevirməyə çalışdığını deyən Kösen həyata nikbin baxdığını vurğulayıb.

O bildirib ki, boyuna görə maşın sürə bilmir və ona hansısa şirkətin xüsusi maşın hazırlamasını arzu edir. Ümid edir ki, 40 yaşında maşın sürə biləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib