Dərc edilib: 10-12-2022

https://www.nuh.az/33113-.html

Vasif Talıbov şəxsi təyyarəsini niyə satışa çıxarıb?

10.12.2022 14:27:25

LIVE

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov şəxsi təyyarəsini satışa çıxarıb. Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, təyyarə bu gün günorta saatlarında satış üçün Birləşmiş Ərəb Əmirliklərinə aparılıb. Qeyd edək ki, Ali Məclis sədrinin son 30 ildə milyardlarla vəsait topladığı, hazırda həmin vəsaitin ondan tələb olunduğu bildirilir.

Naxçıvan olaylarında son mərhələ nədən ibarətdir? V.Talıbovla bağlı hadisələr necə nəticələnəcək? Artıq siyasi qərar verilibmi?
Bu və gündəmdəki digər Naxçıvan olayları ilə bağlı bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonaqlarımız isə tns.az saytının rəhbəri Tural Səfərov və ovqat.com saytının baş redaktoru Heydər Oğuzdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib