Dərc edilib: 10-12-2022

https://www.nuh.az/33116-.html

İntihara cəhd edən məktəb direktoru nazirliyi məhkəməyə verdi

10.12.2022 15:48:35

İdman

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq direktoru Mətanət Qarayeva məhkəməyə müraciət edib. 
Qaynarinfon-nun məlumatına görə, sabiq direktor Elm və Təhsil Nazirliyindən işinə bərpa olunmasını və əmək haqının ödənilməsini tələb edir. İşə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə baxılacaq. 
Qeyd edək ki, Mətanət Qarayeva bir neçə ay əvvəl Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə aralarında yaranan mübahisədən sonra çoxlu sayda dərman içərək, öz həyatına qəsd etmək istəyib. 20 oktyabr 2022-ci il tarixdə isə nazirlik 1 nömrəli tam orta məktəbin direktoru olan Mətanət Qarayeva ilə bağlanmış əmək müqaviləsinə müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə xitam verib.
Həmin vaxt regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib