Dərc edilib: 11-12-2022

https://www.nuh.az/33118-.html

İranda Qaşqay türkü olan 4 qıza həbsxanada ağır işgəncələr verilir

11.12.2022 00:05:54

İqtisadiyyat

İranda Qaşqay türkü olan 4 qız noyabrın 15-dən həbs edilib və onlardan heç bir xəbər-ətər yoxdur. 

Qaynarinfo "Azad İran"a istinadən xəbər verir ki, onlar Şiraz həbsxanasında saxlanılırlar.
Xəbərə görə, Kəşkuli qəbiləsindən olan Fatimə Səfəri Rad (16 yaşlı) bacısı Qəzəl Səfəri Rad , onların əmisi bibisi qızları Sara Səfəri Rad və Zəhra Ətayi (20 yaşlı) noyabrın 15-də İran təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq, Şirazdakı Adilabad həbsxanasına köçürülüblər.
Qaşqaylı qızlar barədə əldə edilən yeganə xəbər odur ki, SEPAH zabitləri Saradan məcburi etiraf alaraq Şirazın əyalət telekanalında yayımlayıblar. Qızlar "əlbir olaraq ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq"da ittiham olunurlar. Onların ağır işgəncələr altında dindirildiyi bildirilir.
Etirazçı qızlar ailələri ilə görüşmək və əlaqə saxlamaq hüququndan məhrum ediliblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib