Dərc edilib: 11-12-2022

https://www.nuh.az/33120-.html

Bakıda qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılıb ÖLDÜ

11.12.2022 10:34:20

LIVE

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

NUH.az    APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.

Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib