Dərc edilib: 11-12-2022

https://www.nuh.az/33125-.html

Azərbaycanlı müğənni DİL xərçəngindən vəfat etdi

11.12.2022 13:12:42

Dünya

"Yeni Ulduz” mahnı müsabiqəsinin iştirakçısı olmuş müğənni Samir Cabbarov vəfat edib.
Bu barədə ifaçının həyat yoldaşı müğənni Oksana Smirnova sosial şəbəkə hesabında məlumat verib.
"Günəşim söndü...”, deyə Oksana Smirnova yazıb.
Müğənninin dostları, tanışları və digər abunəçiləri ona başsağlığı diləklərini bildiriblər.
S.Cabbarov dil xərçənginin ağır formasından əziyyət çəkib.
Qeyd edək ki, müğənni məşhur "Yeni Ulduz” televiziya layihəsinin 8-ci mövsümünün iştirakçısı olub.
Allah rəhmət eləsin.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib