Dərc edilib: 11-12-2022

https://www.nuh.az/33128-.html

Parlamentimizin zövqlə geyinən kişi deputatları - SİYAHI- FOTO

11.12.2022 14:42:44

LIVE

Norveç kral ailəsi üçün geyim hazırlayan azərbaycanlı modelyer-dizayner Şervin Nəcəfpur bir neçə ay öncə yerli mətbuata parlamentin zövqlü və zövqsüz geyinən xanımlarından danışmışdı. 

Tanınmış modelyer Musavat.com-un "Müsahibənizdən sonra xanım deputatların zövqündə müəyyən dəyişikliklər varmı?" sualına belə cavab verib:

şervin.jpg (1.55 MB)

"Bu mənim üçün həqiqətən çətin, eyni zamanda çox əyləncəli bir təcrübə idi. İnsanların necə geyindiyini tənqid etməyi sevmirəm və əlimdən gələni etdim ki, səmimi, eyni zamanda hörmətli yanaşım. Təbii ki, bəzi sözlərim təhrif olundu, amma oxucular belə qazanılır. Parlament üzvlərindən çoxlu müsbət rəylər aldım və bəli, görürəm ki, bəziləri mənim məsləhətlərimi qəbul edib, bu da məni sevindirir. Jalə Əhmədovanı xüsusilə alqışlayıram, mənim bayraq sancağı ilə bağlı çağırışımı yalnız o, yerinə yetirib. Mən düşünürəm ki, hər bir parlament üzvü rəsmi tədbirlərdə və iclaslarda iştirak edəndə mütləq şəkildə bayraq sancağı taxmalıdır. Bayraq sancağı kiçik bir detaldır, lakin güclü mesaj ehtiva edir".

Şervin Nəcəfpur zövqlə geyinən kişi deputatlarımızdan da danışıb:

"Bu, çox çətin sualdır. Həmin müsahibəni verəndə mənə xanım deputatlarımızın hər birinin adından ibarət qovluq və onların çoxlu görünüşlərinin şəkilləri verildi. Mənə verilən məlumatlara və onlayn olaraq apardığım araşdırmalara əsasən onların görünüşünə münasibət bildirə bildim.

Kişi deputatlarımızla bağlı bu anda ağlıma ilk gələnlər sırasında ya şəxsən tanıdığımı, ya da gördüklərimi qeyd edə bilərəm. Ümumiyyətlə, bizim kişi deputatların hamısı sadəcə kostyum geyinirlər. Kostyum geyinən insanda zövqsüz olma şansı yoxdur, kostyumlar həmişə təhlükəsiz seçimdir. Tahir Mirkişili, Ramin Məmmədov, Arzu Nağıyev, Ramil Həsən, Əli Hüseynli, Ziyafət Əsgərov və Aydın Mirzəzadə zövqlə geyinir"

NUH informasiya agentliyi səhifəsindən çap edilib