Dərc edilib: 11-12-2022

https://www.nuh.az/33131-.html

7 günlük körpəsini binanın girişində qoyub gedən ana axtarılır –VİDEO

11.12.2022 16:27:28

LIVE

Moskvada ana yeddigünlük qızını binanın girişində qoyub gedib.

Bununla bağlı şəhər prokurorluğu video paylaşıb.

Videoda qucağında körpə tutan maskalı qadının Paromnaya küçəsindəki evlərdən birinin girişinə daxil olmasını əks etdirən görüntülər əks olunub.

O, qızı birinci mərtəbədəki pilləkənlərdə əlillər üçün pandusun yanında qoyub.

Ananın kimliyi artıq müəyyənləşib. Məlum olub ki, o, daha əvvəl də uşağı təhlükə altında qoyduğu üçün məhkum edilib.

Hazırda qadın axtarışdadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib